Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycana səfər edəcək

Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycana səfər edəcək

Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.

“Azeri Defence”nin məlumatına görə, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Bundan başqa, Əfqanıstan Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyətinin də Azərbaycana səfəri nəzərdə tutulub. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş