Müdafiə Nazirliyi: Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, vacib yüksəkliklər azad edilib

Müdafiə Nazirliyi: Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, vacib yüksəkliklər azad edilib

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş