“Əjdər Yalçın” zirehli maşınların Qətərə tədarükü davam edir

“Əjdər Yalçın” zirehli maşınların Qətərə tədarükü davam edir

Türkiynin “Nurol Makina” şirkəti tərəfindən istehsal edilən “Əjdər Yalçın” taktiki zirehli maşınların Qətərə tədarükü davam edir.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

“Nurol Makina” şirkəti ilə Qətər arasında imzalanmış müqavilə çərçivəsində bu ölkəyə ixrac edilən “Əjdər Yalçın” zirehli maşınların bir hissəsi ambulans konfiqurasiyasındadır.

Şirkət mütəxəssislərinin sözlərinə görə, yüksək qoruma səviyyəsi ilə fərqlənən “Əjdər Yalçın” maşınları Türkiyə başda olmaqla bir çox ölkədə istifadə edilir.

“Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş