Əlahiddə sərhəd diviziyasında Prezidentin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb

Əlahiddə sərhəd diviziyasında Prezidentin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol-kovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb. Sərhədçilərin xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infra-strukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş