Əlahiddə Ümumqoşun Ordu Türkiyədən yeni texnikalar alıb – VİDEO

Türkiyədən Əlahiddə Ümumqoşun Orduya yeni texnikalar gətirilib.

Azeri Defence saytının NUHÇIXAN İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.

Əlahiddə Ümumqoşun Orduda hərbi quruculuq, tikinti-inşaat və yol tikintisində istifadə olunması üçün Türkiyədən yeni texnikalar gətirilərək istifadəyə verilib. Bu texnikalar müasirliyi və öz texniki xüsusiyyətləri ilə seçilir. Bu da quruculuq işlərinin tez bir zamanda və daha keyfiyyətlə görülməsinə şərait yaradacaq.

Türkiyədə “Mercedes-Benz”in təmsilçi və idxal şirkəti olaraq qurulmuş “Koluman Holdinq” şirkətlər qrupu tərəfindən tamamilə Alman avtomobil sənayesi standartlarına uyğun istehsal olunan tikinti texnikaları yüksək keyfiyyəti ilə seçilir.

Davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə fərqlənən sementdaşıyan, betonnasos, betonqarışdıran və asfalt-beton daşıyan maşınlar sürücünün və nəqliyyat vasitələrinin təhlükəsizliyinə önəm verilməklə istehsal olunub. “Koluman Holdinq” şirkətlər qrupunun zavodlarında Cənubi Koreya Respublikasının istehsalçısı “JunJin” şirkəti ilə birgə istehsal olunan betonnasosöz keyfiyyəti ilə fərqlənir. Müasir dizayn və texnologiyalı bu maşınlar Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işlərinin və yol infrastrukturunun yenilənməsinin daha keyfiyyətlə aparılmasına imkan yaradacaq.

İnşaat sahələrində çətin şərtlər üçün istehsal edilən, gücü və möhkəmliyi ilə seçilən bu texnikalardan əlavə yolxətləyən maşın və qoşqular da istifadəyə verilib. Türkiyənin “Agri Rosso” firması tərəfindən istehsal edilən qoşqular keyfiyyəti və müasirliyi ilə daşınma və yardımçı təsərrüfat işlərini daha da asanlaşdıracaq.

Məlumatda o da qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordunun təminatına Türkiyənin milli istehsalı olan texnikaların verilməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olmağından xəbər verir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş