Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib 

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissə qərargahları cəlb edilməklə ikipilləli birgə komanda-qərargah məşqi keçirilib.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Komanda-qərargah məşqində qərargah zabitlərinin vəzifə borclarını praktiki icra etməsinin, zabitlər arasında qarşılıqlı əvəzetmənin və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşmasının yoxlanılması məqsədi qarşıya qoyulub.

Müasir texniki vasitələr üzərindən sərəncamların çatdırılması, idarəetmənin müvəqqəti olaraq bir məntəqədən digərinə ötürülməsi və hərtərəfli təminatın təşkili üzrə qərargahların fəaliyyəti məşq etdirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş