Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işləri davam edir

Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işləri davam edir

Naxçıvan Muxtar Respublikasında hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumat görə, hazırda Əlahiddə Ümumqoşun Ordunun Şahbuz şəhərində yerləşən hərbi hissəsində bir əsgər yataqxanası əsaslı təmir edilir və hərbi şəhərcikdə isə yeni yaşayış binası tikilir.

Naxçıvanda hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Ordu, birlik, birləşmə və hissələrdə əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları və xəstəxanalar tikilib, sıra meydanı və idman şəhərcikləri salınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş