Ərdoğan: “206 ədəd kamikadze PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib”

Ərdoğan: “206 ədəd kamikadze PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib”

Türkiyə kamikadze pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü davam etdirir.

“AzeriDefence”nin “Savunmasanayi.org”a istinadən verdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iki illik qiymətləndirmə iclasında deyib.

Prezident Ərdoğan bildirib ki, 206 ədəd kamikadze PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Türkiyə Prezidenti GPS olmayan ərazilərdə tapşırıqları sürü formasında icra edə biləcək PUA-ların istehsalını əhatə edən KERKES layihəsinin davam etdiyini bəyan edib.

Qeyd edək ki, Türkiyənin təhlükəsizlik qüvvələrinə 500-dən artıq “Kargu” kamikadze dronun tədarükü planlaşdırılıb. STM şirkəti tərəfindən istehsal edilən “Kargu” kamikadze dronları müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir. “Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş