Ərdoğan: “Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək”

Ərdoğan: “Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək”

Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələrkən Ankarada hava limanında keçirdiyi brifinqdə deyib.

“Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən bu mücadilədə böyük həmrəylik göstərib. Şükürlər olsun ki, bu gün ay ulduzlu bayraq Qarabağ səmasında qürurla dalğalanır. Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycana bu səfərinin tarixi əhəmiyyət daşıdığını bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş