Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub”

Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

“Azeri Defence” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqlar zamanı prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır.

Türkiyə prezidenti bəyan edib ki, Dağlıq Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş