Ərdoğan Ermənistana dəstək verənlərə xəbərdarlıq etdi

Ərdoğan Ermənistana dəstək verənlərə xəbərdarlıq etdi

Türkiyə olaraq özümüzü “iki dövlət bir millət” olaraq gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla və bütün qəlbimizlə dəstəkləməyi davam etdirəcəyik.

Azeri Defence saytının “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bəyan edib ki, bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir: “Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, israrla Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək. Bu quldur Ermənistan dövlətinə dəstək verənləri, bəşəriyyət qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş