Türkiyə Prezidenti: Qarabağda qazanılan qələbə Azərbaycana ana südü kimi halaldır

Türkiyə Prezidenti: Qarabağda qazanılan qələbə Azərbaycana ana südü kimi halaldır

Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parça deyil, ay və ulduz bəzəyir.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsdaki “Sarıqamış-Karakurt-Xorasan” yolunun açılış mərasimində deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır: “Naxçıvan ilə Azərbaycan arasında dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru yolu bağlantısına da sahib olacağıq. Burada ən çox fayda görəcək yerlərin başında Qars durur. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm siyasət, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır.

KATEQORIYA:
Bu xəbəri paylaş