Ərdoğan: Şimali Kipr Prezidenti Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə səfər edəcək

Ərdoğan: Şimali Kipr Prezidenti Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə səfər edəcək

Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı. Hazırda onlar öz torpaqlarına yavaş-yavaş dönməyə başlayır.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında deyib.

“Buradan, Şimali Kiprdən Azərbaycana salam göndərirəm. Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıb, Kipr Türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq. 

Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq. Türkiyə Prezidenti Ersin Tatarın Azərbaycana səfəri dəstək məqsədli olacaq.

Bizlər tək ürək, tək dilək olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Bizi bu şərəfli günlərə gətirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş