Ərdoğan: Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq

Ərdoğan: Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq

Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycanı təbrik edirəm.

“Azeri Defence” saytının məlumatına görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin Prezidenti bildirib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında bəyanat imzalayıb.

“Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq. Bəyanatın imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş