Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik

Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik

Türkiyənin TEİ şirkəti mühərrik dizayn və istehsal edən, eləcə də dünyaya satan bir markaya çevrilir.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEİ-TS1400 milli helikopter mühərrikinin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, dünyada mühərrik texnologiyaları sahəsində söz sahibi olan ölkələrin sayı bir əlin barmaq sayı qədərdir: “Geniş bir ekosistemin birgə işləməsi lazımdır. TEİ mühərrik dizayn və istehsal edən, eləcə də dünyaya satan bir markaya çevrilir.

Tezliklə bütün bu mühərrikləri inventarlaşdırmağa başlayacağıq. Müdafiə sənayesi vasitələrimizin digər bütün mühərriklərini hazırlayana qədər irəliləməyə davam edəcəyik. Türkiyəni aviasiya sahəsi başda olmaqla hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik.

KATEQORIYA:
Bu xəbəri paylaş