ƏÜO-nun birləşmə və hissələrində yeni binalar inşa olunur

ƏÜO-nun birləşmə və hissələrində yeni binalar inşa olunur

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində yeni binalar inşa olunur.

“AzeriDefence”nin “Naxcivantv”yə istinadən verdiyi xəbərə görə, hazırda Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası və 2 yataqxananın tikintisi aparılır.

Hərbi hissənin qərargah binası və yataqxanaların hər biri 3 mərtəbədən ibarət olacaq. Qərargah binasında işlər yekunlaşmaq üzrədir. Binaların tikintisindən sonra hərbi hissənin ərazisində sıra meydanı və istirahət güşələri də salınacaq.

Naxçıvan Təlim Mərkəzində də 3 mərtəbəli əsgəri-məişət kompleksinin tikintisi davam etdirilir.

Muxtar respublikada ordu, birləşmə və hissələrin maddi-texniki bazasının gücləndirilməsilə yanaşı hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkilinə də xüsusi diqqət yetirilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş