ƏÜO-nun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 464 manat köçürüblər

ƏÜO-nun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 464 manat köçürüblər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına 596 464 manat ianə köçürülüb.

Bu barədə “AzeriDefence” “Nuhçıxan”a istinadən məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi tərəfindən “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına 55 707 manat vəsait köçürülüb.

Bu fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 3 milyon 994 min 918 manat vəsait vardır.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş