ƏÜO-nun kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

ƏÜO-nun kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi tərəfindən “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun xəzinə hesabına 55 707 manat vəsait köçürülüb.

Bu barədə “AzeriDefence” “Nuhçıxan”a istinadən məlumat verib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 1 milyon 658 min 520 manat vəsait vardır.

KATEQORIYA:
Bu xəbəri paylaş