102-ci bazada işləyən ermənilər tətil keçirir

Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasında administrativ vəzifələrdə çalışan ermənilər 3 aydır maaşlarını ala bilmirlər.

“AzeriDefence”nin “Azadlıq” radiosunun erməni bürosunun saytına istinadən verdiyi məlumata görə, artıq 2 gündür maaşlarına ala bilməyən 150-yə yaxın erməni işə çıxmayaraq maaşlarını tələb edir.

Erməni işçilər Moskvadan göndərilən maaşın verilmədiyini iddia ediblər.

102-ci hərbi bazanın komandanlığı işçilərə üç aydır Rusiyadan işçilərin maaşlarını ödəmək üçün pul göndərilmədiyini bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş