Pakistan nümayəndə heyəti DSX Akademiyasında olub

Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müdafiə kursu”nun nümayəndələrindən ibarət heyət Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında olub.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Tanışlıq zamanı qonaqlara akademiyada təlim-tədris prosesinin təşkili, inzibati və kursantların yerləşmə binasının maddi-texniki imkanları nümayiş etdirilib, akademiyanın yaradılması və inkişafı, əldə olunan nailiyyətlər haqqında məlumat verilib. Görüşdə kursantların təlim-tədrisi üçün yüksək şəraitin yaradılmasından, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən akademiyadan danışılıb.
Sonra, Pakistan nümayəndələrinə “Azərbaycanın sərhəd təhlükəsizliyinin təşkili” mövzusunda təqdimat keçirilib, Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd olunub.
Daha sonra qonaqlara Dövlət Sərhəd Xidmətinin yaradılması, əsas vəzifələri, ölkə rəhbərliyinin böyük qayğı və diqqəti nəticəsində sərhəd mühafizəsinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər, Dövlət Səhəd Xidmətinin beynəlxalq əlaqələri, o cümlədən Pakistan İslam Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlığı barədə ətraflı məlumat verilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş