Azərbaycanla Sloveniya müdafiə nazirlikləri arasında tədbir keçirilib

Azərbaycanla Sloveniya müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sloveniyada keçirilən tədbirin məqsədi Azərbaycanın tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlər barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Səfər çərçivəsində, Müdafiə Nazirliyinin Beynəlxlaq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində “Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı” mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.

Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş