“Otokar” hərbi texnikalarını “Efes-2016” təlimində nümayiş etdirdi

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2016” beynəlxalq təlimləri çərçivəsində təşkil olunan müdafiə sənayesi sərgisində Türkiyənin ən böyük özəl sərmayəli müdafiə şirkəti olan “Otokar” istehsal etdiyi zirehli döyüş vasitələrini nümayişə çıxarıb.

“AzəriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə sənayesi sərgisində “Otokar” şirkəti “Cobra”, “Cobra II” zirehli maşınlarını, “Tulpar” piyadaların döyüş maşınını, 6×6 “Arma” və 8×8 təkər formulu, 105 mm-lik topla silahlandırılmış “Arma” zirehli maşınlarını nümayiş etdirilib.

Bundan başqa, “Otokar” stendində “Altay” tankını da sərgiyə çıxarıb.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc stendə baxış keçirən prezident Rəcəp Tayyip Ərdoğanın başçılıq etdiyi nümayəndələrə başda “Altay” tankı olmaqla təmsil etdiyi şirkətin məhsulları haqqında məlumat verib.

Bildirilib ki, “Otokar” 60 tona qədər olan nəqliyyat vasitələrin və qüllə sistemlərini 30-a yaxın ölkəyə ixrac edir. Həmçinin qeyd olunub ki, “Otokar”ın 30 minə yaxın döyüş maşını dünyanın fərqli nöqtələrində istifadə olunur.

Altay tankı barədə məlumat verən şirkət rəhbərinin sözlərinə görə, layihənin büdcəsi 500 milyon dollar təşkil edir. Bildirilib ki, şirkət bu günə qədər tankın 5 prototipini hazırlayıb. Hazırda son mərhələ olan sistem kalifikasyası və qəbul testləri Quru Qoşunlar Komandanlığı və Müdafiə Sənayesi Katibliyi tərəfindən davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş