KORAL Türkiyə Silahlı Qüvvələrinin invertarına daxil edilib

ASELSAN şirkəti tərəfindən yaradılmış KORAL Mobil Radioelektron Mübarizə Sistemi dekabrın 8-də Türkiyə Silahlı Qüvvələrinin invertarına daxil edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” səhifəsində xəbər yayıb.

KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir.

Bununla yanaşı hədəf radarları qarışdırıb aldataraq onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi hədəf ölkələrin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş