Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə “AzeriDefence” yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, bölgə üçün vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş