“1918–1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dəstəyi ilə ehtiyatda olan I dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevin “1918–1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” kitabı çapdan çıxıb.

“AzeriDefence”nin məlumatına görə, prezident İlham Əliyevin göstərişi əsasında hazırlanmış elmi – tədqiqat əsəri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ərəfəsində geniş oxucu kütləsinə təqdim olunur.

Kitabda 1918 – 1920-ci illərdə Azərbaycanda baş vermiş əsas hərbi-siyasi hadisələr və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hərbi-dəniz sahəsindəki fəaliyyəti kompleks şəkildə əks olunub. Həmçinin, Azərbaycanda hərbi-dəniz qüvvələrinin yaranması və inkişafı, hərbi-dəniz quruculuq problemləri və ölkənin hərbi-dəniz müdafiəsinin təşkili məsələləri araşdırılır. Kitab Respublikanın ali humanitar və xüsusi təyinatlı təhsil ocaqlarının müəllim, tələbə və kursantları üçün nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş