2011-ci ildə $18 milyonluq ixrac

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2011-ci ildə 18 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Müdafiə sənayesi naziri Yavər Camalovun sözlərinə görə, qarşıdakı illərdə ixracatın həcminin artımı proqnozlaşdırılır.

«Nazirlik 2009-cu ildən beynəlxalq sərgilərdə iştirak edir. Bu da potensialımızın tanıdılması, eləcə də ixrac istiqamətində mühüm imkanlar yaradır», – deyən nazir əlavə edib ki, 2014-cü ildə Azərbaycanda da beynəlxalq hərbi sərginin keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı beynəlxalq səviyyədə sərgilər təşkil edən şirkətlərlə danışıqlar aparılır.

Y. Camalov onu da əlavə edib ki, hazırda nazirliyin müəssisələrində sınaq mərkəzləri də fəaliyyət göstərir. Artıq sifarişçi qurumlar burada istədikləri məhsulun testlərini keçirib, müvafiq qərarlar verə bilər.

Qeyd edək ki, MSN-in 2010-cu ildə xaricə ixracatı 13 mln. ABŞ dolları təşkil edib.

KATEQORIYA:
Bu xəbəri paylaş