2018-ci ildə Rusiya Ordusu “Triumf” S-400 kompleksinin 10 divizionunu alacaq

2018-ci ildə Rusiya Ordusu “Triumf” S-400 zenit-raket kompleksinin (ZRK) 10 divizionunu silahlanmaya qəbul edəcək.

“AzeriDefence”nin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin geniş tərkibli kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu deyib.

S.Şoyqu qeyd edib ki, 4 dəst “Pansir” zenit-raket top kompleksi də arsenala daxil ediləcək. Müdafiə naziri bildirib ki, Hava-Kosmik Qüvvələrinin və Hərbi Dəniz Donanmasının arsenalına 203 yeni və müasirləşdirilmiş helikopter və döyüş təyyarələrinin alınması planlaşdırılır.

S.Şoyqu həmçinin qeyd edib ki, 2018-ci ildə döyüş növbəsinə “Yars” indeksli qitələrarası ballistik raketin 11 işəsalma qurğusu qəbul ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş