2019-cu ildə Ukrayna Ordusu bu silah və hərbi texnikalarla təchiz edilib – HESABAT

2019-cu ildə Ukrayna Ordusu bu silah və hərbi texnikalarla təchiz edilib – HESABAT

2019-cu ildə Ukraynan Silahlı Qüvvələrinə 7 436 ədəd yeni və modernləşdirilmiş silah və hərbi texnika tədarük edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynan Nazirlər Kabinetinin 2019-cu ilin fəaliyyət proqramının icrası və nəticələri haqqında hesabatında bildirilib.

Hüsabatda göstərilib ki, Ukraynan Silahlı Qüvvələrinə 2018-ci illə müqayisədə daha çox (2018-ci ildə – 6 764 ədəd) silah və hərbi texnika tədarük edilib. Hesabata əsasən 2019-cu ildə Ukrayna Ordusu 162 ədəd “Stuqna” və “Korsar” portativ tank əleyhinə raket kompleksi, 24 ədəd 2C1 “Qvozdika” özüyeriyən haubitsa, 451 ədəd 82 mm-lik və 60 mm-lik minaatan, o cümlədən 42 ədəd BTR-4, BTR-3, BTR-70Di, BMP-1 və “Onçilla” zirehli transportyor, 806 ədəd KrAZ, MAZ, “Kozak” və “Varta” nəqliyyat vasitəsilə silahlandırılıb.

Habelə, 64 ədəd “Furiya”, “Aist” və PD-1 pilotsuz uçuş aparatı, 22 ədəd MiG-29 və Su-27 döyüş təyyarəsi, Mi-8 və Mi-2 helikopteri, 18 ədəd radar stansiyası, 5 ədəd “İsland”, MBAK və “Kentavr” döyüş gəmisi, o cümlədən 23 ədəd “Nota”, “Bukovel”, R-330TRC və “Mandat” radioelektron mübarizə (REM) sistemi, 635 ədəd rabitə vasitəsilə təmin edilib.

Hesabatda bildirilib ki, 2019-cu ildə Ukraynan Ordusunun sialahlanmasına müxtəlif tipli raket və döyüş sursatları, o cümlədən 55 növ silah və hərbi texnika qəbul edilib. Bundan başqa, ötən il 59 ədəd hərbi təyinatlı nəqliyyat vasitəsi modernləşdirilib. 507 ədəd hərbi texnika yerli müdafiə sənayesi kompleksi müəssisələrində təmir edilib.

Hesabatda o da qeyd olunub ki, Ukrayna Müdafiə Nazirliyi 2019-cu ildə Silahlı Qüvvələrin təchizatı ilə bağlı müxtəlif müqavilələr imzalayıb. İmzalanmış müqavilələr çərçivəsində Ukrayna Ordusuna 10 ədəd “Javelin” daşına bilən tank əleyhinə raket kompleksi və açıqlanmayan sayda “Javelin” raketləri, 100 ədəd “Korsar” və “Stuqna” portativ tank əleyhinə raket kompleksi və onlar üçün raketlər, 2 ədəd “Zoopark” atəş kəşfiyyatı radar kompleksi, 50 ədəd “Kozak-2” zirehli maşını, 37 ədəd BMP-1 transportyoru, açıqlanmayan sayda modernləşdirilmiş Su-27 döyüş təyyarəsi, 10 ədəd radioelektron mübarizə sisteminin (3 ədəd R-330UM, 5 ədəd “Nota”, 2 ədəd “Diaqramma”) tədarükü planlaşdırırlır.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş