2021-ci ilin ilk rübündə ASELSAN-ın gəlirləri artıb

2021-ci ilin ilk rübündə ASELSAN-ın gəlirləri artıb

Türkiyənin ASELSAN şirkəti 2021-ci ilin ilk rübü üçün maliyyə nəticələrini açıqlayıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, ilk rübdə şirkət gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 3.2 milyard Türk lirəsi (TL) təşkil edib.

ASELSAN-ın idarə heyətinin sədri və baş direktoru Haluk Görgün pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq fəaliyyətlərinə ara vermədən davam etdiklərini və bunun nəticəsində ilin ilk rübündə şirkət gəlirlərində uğurlu artım yaşadıqlarını bildirib.

Belə ki, 2021-ci ilin ilk rübündə ASELSAN-ın ümumi mənfəəti keçən ilin eyni dövrünə nisbətən 24 faiz artıb.

2020-ci ilin ilk rübü ilə müqayisədə cari ilin ilk 3 ayında ASELSAN-ın nağd gəlirləri 34 faiz artıb və 1.2 milyard Türk lirəsi səviyyəsinə çatıb. Öz növbəsində şirkət kapitalının aktivlərə nisbəti də 56% olaraq reallaşıb. ASELSAN-ın balans sifarişləri isə 9 milyard ABŞ dolları təşkil edib.

Elşən Abdulkərimov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş