Rusiya Müdafiə Nazirliyi “Nebo-M” radarları alır
Rusiyanın Müdafiə Nazirliyi “Nebo-M” radiolokasiya kompleksi sifariş edib.
“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət müdafiə sifarişlərinin həyata keçirilməsi çərçivəsində RLS – lərin tədarükünə dair müavilə bağlanıb.
Kompleks 10 km-dən 600 km-ə qədər olan məsafədə və 600 km hündürlükdə müşahidəni təmin edir. Sektor rejimində kompleks 1800 kilometrə qədər məsafədə və 1200 kilometrə qədər hündürlüklərdə 20 hədəfi izləyə bilər.
KATEQORIYA: Region