İran idarəolunan yeni ağıllı bambalarını sınaqdan keçirdi

Oktyabrın 31-də İran Hərbi Hava Qüvvələrinin geniş miqyaslı təlimləri başlayıb.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təlim çərçivəsində İranın yeni idarəolunan ağıllı aviasiya bombaları sınaqdan keçirilib.

Sınaq zamanı İranın F-7 döyüş təyyarəsi yeni ağıllı bomba ilə şərti düşmən hədəfini məhv edib. Bundan başqa təlim çərçivəsində elektron müharibə imitasiya olunub. Bu zaman fərqli müasir rabitə sistemləri test edilib.

Bununla yanaşı F14 döyüş təyyarələri tərəfindən dəstəklənən C-130 nəqliyyat təyyarələri yüklərin orta hündürlükdə və düşmən təhlükəsi altında boşaldılmasını məşq ediblər.

İsfahan əyalətində keçirilən təlimlər haqqında məlumat verən Hərbi Hava Qüvvələrinin generalı Məsud Ruzxoş bildirib ki, təlimlərdə ağır strateji “Sukhoi” 24, F4, F5, F7, MiQ-29, F14 və “Saeqeh” döyüş təyyarələri, “Boeing” 707 və 747 yanacaq təyyarələri, C130 nəqliyyat təyyarələri və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları iştirak edir. General təlimlərdə İran istehsalı olan uzaq və yaxın məsafəli yeni idarəolunan ağıllı aviasiya bombaları, rabitə sistemləri ilə yanaşı uzaq məsafəli raketlərin də sınaqdan keçirildiyini vurğulayıb.

General gerçək müharibə şərtlərində keçiriləcək təlimlərin iki gün davam edəcəyini qeyd edib.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş