
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi teleqram kanalı istifadəyə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi teleqram kanalı istifadəyə verilib.
Azeri Defence saytının məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sosial media hesabında deyilib.
Oktyabrın 5-dən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi teleqram kanalı fəaliyyətə başlayıb.
Xidmətin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə abunə ola bilərlər:
https://t.me/shxchdx
Bundan əlavə vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə yeni iki qaynar xətt nömrəsi istifadəyə verilib.
Tel: (012)4937914
(012)4937926
KATEQORIYA: Xəbərlər