Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir. Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Minsk qrupunun həmsədrliyi və digər vasitəçilərin iştirakı ilə müvəqqəti atəşkəslə bağlı qəbul edilmiş bəyanatdan sonra da təmas xətti boyunca ermənilərin Azərbaycan silahlı Qüvvələrinin mövqelərinə və mülki azərbaycanlılarına qarşı hücumları davam etməkdədir.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Prezidentin köməkçisi bildirib ki, bu, açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir və humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir.

“Son proseslər göstərirdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi. Ermənistan status-kvonu qoruyub saxlamaq siyasətini yürüdürdü. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar.

Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. Ermənistan o hərbi sistemi, infrastrukturu 30 il ərzində formalaşdırmışdı. Ermənistanın hücumlarına yenə də cavablar verilir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan bu əməliyyatla status-kvonu dəyişdirdi: “Artıq Azərbaycan bir çox torpaqlarını geri qaytarıb. Təmas xətti yoxdur. Beynəlxalq çağırışlara uyğun olaraq atəşkəs rejimi bərpa olunub. Ancaq Ermənistan bu vəziyyətdən də sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirir”.

 

 

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş