Dövlət Komissiyası: Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır

Dövlət Komissiyası: Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan ilə Ermənistan arasında elan edilmiş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb.

Dövlət Komissiyasından Azeri Defence saytına verilən məlumata görə, bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş