Ermənistanın müharibədə xarici ölkə vətəndaşlarından muzdlu kimi istifadə edilmələri müəyyən edilib

Ermənistanın müharibədə xarici ölkə vətəndaşlarından muzdlu kimi istifadə edilmələri müəyyən edilib

Azərbaycanın Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Azeri Defence” saytına verilən məlumata görə, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycanın ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycanın dövlət sərhədini keçərkən Azərbaycanın qanunvericiliyinə əməl olunması tələb olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş