6-cı Dəniz Sistemləri Seminarına hazırlıqlar davam edir

Noyabrın 28 və 29-da Ankarada Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyinin (SSM) dəstəyi ilə 6-cı Dəniz Sistemləri Seminarı keçiriləcək. “AzeriDefence”nin məlumatına görə, Orta Doğu Texnik Universitetinin (ODTÜ) Kültür və Konqre Mərkəzində keçiriləcək seminarda Türkiyənin müdafiə və dəniz sənayesi sahəsində fəaliyyət göstərən firmalar iştirak edəcəklər.

Seminara dinləyici qismində qatılma pulsuzdur.

Seminarın sponsorları qismində Aselsan, STM, Elkon/Imtech Marine, Figes, Hexagon Studio, Karel, Navantia, Nova/Kep, T2 Yazılım, Yaltes şirkətləri çıxış edirlər.

Sərgi bölməsində Desistek, Gate Elektronik, Mikro Bilgi, Ossa, Rheinmetall, Sedef Tersanesi, Tübitak Bilgem, Tübitak Mam kimi firmalar təmsil olunacaqlar.

Kontakt: www.navalsystemsseminar.com
nss@navalsystemsseminar.com

KATEQORIYA:
Bu xəbəri paylaş