Rusiya Azərbaycana BMP -3 “Derivasiya”nı təklif edib

Rusiya hərbi sənayesi BMP -3 “Derivasiya” piyada döyüş maşınını təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, yeni maşın Nijni Tagil şəhərində keçirilən RAE -2015 hərbi sərgisində nümayiş etdirilir.

Əslində BMP-3 -ün modernləşdirilmiş versiyası olan “Derivasiya” sələfindən silah sisteminə görə fərqlənir.

“Derivasiya” özündə 57-mm-lik A-220M topunu və 7.62 mm-lik PKT pulemyotunu birləşdirən məsafədən idarə edilən döyüş modulu ilə silahlandırılıb. A-220M topunun döyüş ehtiyatı 80-i hazır olmaqla 200 mərmi, PKT pulemyotunun döyüş ehtiyatı isə 2000 patrondur.

Döyüş moduluna panoramik müşahidə imkanı verən komandir nişangahı, gündüz,gecə və termal nişangah,lazer məsafəölçən,lazer hədəf nöqtələyici daxildir.

Rusiya tərəfi bir sıra ölkələrdən maşına maraq olduğunu, hazırda Küveyt, Azərbaycan və BƏƏ ilə ixrac istiqamətində müzakirələr aparıldığını bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş