AM-17 “Malış” avtomatının 2021-ci ildə dövlət sınaqları başlayacaq

AM-17 “Malış” avtomatının 2021-ci ildə dövlət sınaqları başlayacaq

Rusiyanın “Kalaşnikov” konserni tərəfindən hazırlanan AM-17 kiçik qabaritli “Malış” avtomatlarının dövlət sınaqları 2021-ci ildə başlayacaq.

“Azeri Defence” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində “Rostex” Dövlət Korporasiyasının silah kompleksinin sənaye direktoru Bekxan Ozdoev deyib.

Onun sözlərinə görə, AM-17 “Malış” avtomatının ilkin sınaqları artıq başa çatıb: “İlkin sınaqlar müvəffəqiyyətlə tamamlanıb. Gələn il AM-17-nin dövlət sınaqlarını keçirməyi planlaşdırırıq. Qeyd edim ki, avtomatın taktiki-texniki xüsusiyyətləri  Müdafiə Nazirliyinin tələblərinə uyğun hazırlanıb. Lakin Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası da bu avtomata maraq göstərdilər”.

KATEQORIYA:
Bu xəbəri paylaş