DSX-nın yeni gəmisi dənizə endirilib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yeni sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 7-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi DSX-nın Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatan S-306 nömrəli sərhəd gözətçi gəmisi xidməti döyüş fəaliyyətinə başlaması ilə əlaqədər bu gün Xəzər dənizinə endirilib.

Qeyd edək ki, son iki ildə DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

photo_20150916170445

 

 

photo_20150916170503

 

 

photo_20150916170432

 

 

 

 

photo_20150916170419

 

 

photo_20150916170514

KATEQORIYA:
Bu xəbəri paylaş