Kəlbəcər rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Kəlbəcər rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, dekabrın 11-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb.

Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş