Alfa Marine “Zodiac” katerlərini Azərbaycan bazarına çıxarır

“Alfa Marine” şirkəti dünyada tanınmış “Zodiac Milpro” şirkətinin istehsalı olan kiçik ölçülü katerləri Azərbaycan bazarına təqdim edir.

Bu barədə “AzeriDefence”yə “Alfa Marine”dən məlumat verilib.

Dünyanın aparıcı rezin, alimünium və plastik kater istehsalçılarından olan “Zodiac” mülki və hərbi təyinatlı məhsullar istehsal edir. Şirkətin katerləri dünyanın 100-dən artıq ölkəsində istifadə olunur.

“Alfa Marine” Azərbaycandan olan müştərilərə “Sea Rib”, “Grand Raid”, “Hurricane RİB”, habelə 4 və 5 metrlik xüsusi təyinatlı və axtarış xilasetmə katerlərini, onların mühərriklərini təklif edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş