70 km-də hədəfi məhv edə biləcək haubitsa – FOTO

ABŞ-ın “Picatinny Arsenal” şirkəti M777ER haubitsasının yaradılması prosesinin ilkin mərhələsinin yeklunlaşdığını bəyan edib.

“AzeriDefence”nin “janes”ə istinadən verdiyi məlumatına görə, M777ER növbəti mərhələyə hazırlanır.

İlkin mərhələdə haubitsanın standart mərmilərlə atəş dəqiqliyi və məsafəsi sınaqdan çıxarılıb.

Növbəti mərhələdə isə M777ER “ağıllı” mərmilərlə atəş açacaq.

İstehsalçı şirkətin mütəxəssisləri deyir ki, “ağıllı” mərmilərlə uçuş məsafəsi 70 km-ə qədər olacaq.

Qeyd edək ki, qoşqulu M777ER haubitsası “BAE Systems” şirkətinin istehsalı olan M777-nin tam olaraq yenilənmiş versiyasıdır.

ABŞ-ın “Picatinny Arsenal” şirkəti yeni haubitsanı M777-nin bazasında yaradıb.

Yeni məhsul avtomatik mexanizmlə təchiz edilib, lülənin uzunluğu 2 metrə çatdırılıb.

Yeni haubitsa 6 mərmilik daraqla təchiz edilib ki, bunun və avtomatlaşdırılmış sistemin sayəsində top hər 5 saniyədən bir atəş aça bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş