General-polkovnik Elçin Quliyev Beyləqan və Füzuli rayon sakinlərini qəbul edəcək

Oktyabr ayının 14-də Horadiz Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Beyləqan və Füzuli rayon sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları oktyabr ayının 11-dək Dövlət Sərhəd Ximətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-43 və 012-498-02-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş