BTR Taylandda yığılacaq
Ukraynanın “Ukroboronprom” dövlət şirkət ilə Taylandın DTI şirkəti BTR 3E-nin Taylandda yığılması ilə bağlı ilkin razılaşma əldə edilib.
Bu barədə “AzeriDefence”yə “Ukroboronprom”un mətbuat xidmətindən məlumat verilib.
Bankokda keçirilən “Defense&Security-2015” hərb-texnoloji sərgidə də Ukrayna və Tayland müdafiə nazirləri bu məsələ ilə əlaqədar danışıqlar aparıblar.
Xatırladaq ki, buna qədər Ukraynanın “Motor Siç” şirkəti də xaricdə istehsalla bağlı razılaşma əldə edib.
KATEQORIYA: Sənaye