Türkiyənin döyüş təyyarəsi istehsalında ingilis şirkəti də iştirak edəcək

Böyük Britaniyanın  “BAE Systems” şirkəti Türkiyənin  5-ci nəsil  TFX  döyüş təyyarəsinin istehsalında iştirak edəcək.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, hazırda tərəflər arasında ilkin danışıqlar aparılır. Britaniyalıların proqramda iştirakına isə 2016-cı ildən başlanacağı gözlənilir.

 

Hazırda isə Türkiyənin təyyarə istehsalı layihəsində İtaliyanın “Alenia Aermacchi”, İsveçin “Saab” və Çinin CATIC şirkətləri iştirak edir. İstehsal prosesində Airbus şirkətinin də iştirakı ilə bağlı danışıqlar aparılır.

Təyyarənin ilk təqdimatının 2023-cü ildə keçiriləcəyi planlaşdırılır.

 

Xatırladaq ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş