İsrailin raket əleyhinə yeni sistemi silahlanmaya qəbul olunur

İsrail “Kela David” adlı yeni raket əleyhinə sistemin sınaqlarını yekunlaşdırıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə xəbəri İsrail Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, sınaqlar uğurla başa çatıb və 2016-cı ildən silahlanmaya qəbul olunması nəzərdə tutulub. Bu sistem orduda mərhələli şəkildə “Hawk и Patriot” zenit-raket kompleksini əvəzləyəcək.

Raketin ilk sınaqları 2012-ci ilin noyabrında həyata keçirilib.

“Kela David” sistemi ballestik-taktik raketlərlə mübarizə aparmaq məqsədilə yaradılıb. Raket 40-300 km məsafədə hədəfi məhv edə bilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş