A-400M təyyarəsinin uçuş qabiliyyəti yüksəldilib

A-400M təyyarəsinin uçuş qabiliyyəti yüksəldilib

İspaniyanın “Airbus Military” şirkəti tərəfindən istehsal edilən A-400M hərbi nəqliyyat təyyarəsi avtomatik aşağı hündürlükdə uçuş qabiliyyəti sertifikatı alıb.

Bu barədə “AzeriDefence” “Savunmasanayi.org”a istinadən məlumat verib.

Fransada keçirilən sertifikatlaşdırma işləri çərçivəsinədə A-400M təyyarəsi 500 fut hündürlükdə uçuş edərək müxtəlif əməliyyatlar həyata keçirib.

Yeni nəsil hərbi nəqliyyat təyyarəsi hesab edilən A-400M dörd mühərrikə sahibdir. Təyyarənin maksimum qalxma çəkisi 141 ton təşkil edir. Təyyarə 116 tam təchizatlı desant, 66 xərək və 25 sanitar personal və 37 000 kq yük daşıma qabiliyyətinə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş