ABŞ 4 ölkənin “Apache”lərini LONGBOW atış nəzarət radarı ilə təmin edəcək

ABŞ 4 ölkənin “Apache”lərini LONGBOW atış nəzarət radarı ilə təmin edəcək

Mərakeş, Hollandiya, BƏƏ və Hindistan Ordularının silahlanmasında yer alan AH-64E “Apache” helikopterləri LONGBOW atış nəzarət radarı ilə təchiz ediləcək.

Bu barədə Azeri Defence saytı “Lockheed Martin” şirkətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, ABŞ Ordusu bu yaxınlarda “Lockheed Martin” və “Northrop Grumman” şirkətlərinin birgə müəssisəsi olan LONGBOW MMC-ə dörd Xarici Hərbi Satış müqaviləsi verib.

Müqaviləyə əsasən Mərakeş, Hollandiya, BƏƏ və Hindistan Ordusuna AH-64E “Apache” helikopterləri üçün AN / APG-78 LONGBOW atış nəzarət radarı çatdırılacaq.

LONGBOW atış nəzarət radarı AH-64E “Apache” helikopterlərini dəstəkləmək üçün geniş imkanlara malikdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş