ABŞ Almaniya Ordusuna MK 54 torpedaları tədarük edəcək

ABŞ Almaniya Ordusuna MK 54 torpedaları tədarük edəcək

ABŞ Dövlət Departamenti iyulun 9-da Almaniyaya təxmini dəyəri 130 milyon dollar təşkil edən silah satışı müqaviləsinə razılıq verib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində Almaniya Silahlı Qüvvələrinə ABŞ-ın “Raytheon” şirkətinin istehsalı olan 64 ədəd MK 54 indeksli yüngül torpedalar, o cümlədən 10 ədəd MK 54 təlim torpedası, ehtiyat hissələri, torpeda konteynerləri və s. əlaqədar avadanlıqlar tədarük olunacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş