ABŞ “Apache”ni yenilədi

“AH-64D Longbow Apache Block III” döyüş helekopteri ABŞ ordusunda silahlanmaya bu il daxil ediləcək. “AzeriDefence”nin məlumatına görə, helekopterin modernləşdirilməsi, yeni sınaqların aparılması məqsədilə ABŞ Silahlı Qüvvələri ilə “Boeing” şirkəti arasında 187 milyon dollar dəyərində razılıq əldə olunub.

“Boeing AH-64D Longbow Block III” “Apache” helekopterlərinin son modernləşdirilmiş versiyası hesab olunur. Helekopter sələflərindən daha güclü olan isti ərazilərdə xidmət aparmaq üçün T700-GE-701D mühərriki, müasir kompyuter şəbəkə sistemi və yüksək manevr imkanları ilə fərqlənir.

Ümumilikdə isə “AH-64D” üzərində 25 texnoloji istiqamətə üzrə yeniliklər aparılıb. Helekopterdə pilotsuz uçuş aparatının idarə olunması və aydın video görüntülər əldə edilməsi, o cümlədən atəşin idarəolunması üzrə elektron blok radar sistemi və digər xüsusi avadanlıqla təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş